Futbol üzrə İspaniya millisinin və “Barselon”nın sabiq futbolçusu Xavi Ernandes karyerası ilə bağlı qərar verib. 39 yaşlı yarımmüdafiəçi “AS” nəşrinə açıqlamasında mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini açıqlayıb. O, məşqçiliyə başlamaq istədiyini bildirib.
Qeyd edək ki, 1998-2015-ci illərdə “Barselona”da, 2000-2014-cü illərdə İspaniya millisində oynayan Xavi hazırda Qətərin "Əl Sədd" klubunda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB