Devid Moyes: “Mançester Yunayted”dən qovulanda ağlamışdım

Devid Moyes: “Mançester Yunayted”dən qovulanda ağlamışdım

“Mançester Yunayted”in sabiq baş məşqçisi Devid Moyes maraqlı açıqlama verib. “Talk SPORT”a danışan şotlandiyalı mütəxəssis “Mançester Yunayted”dən ayrılarkən ağladığını deyib: “Sonuncu dəfə “Mançester Yunayted”dən qovulanda ağlamışdım. Çox kədərli idim. Həmin an dəyişikliyə ehtiyacım var idi”.
Qeyd edək ki, 2013-cü ilin yayında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunan Moyes mövsüm başa çatmamış qovulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə