TFF Volkan Dəmirəli cəzalandırıb

TFF Volkan Dəmirəli cəzalandırıb

Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəli cəzalandırıb. Buna səbəb 38 yaşl qolkiperin Superliqanın son turunda “Trabzonspor”la görüşdə rəqib futbolçusunu təhqir etməsidir. Bundan başqa, Türkiyə millisinin sabiq üzvü 1:1 hesablı oyundan sonra idmançıya yaraşmayan açıqlama verdiyindən 3 oyunluq cəzalandırılıb. Volkan qarşıdan gələn “Kasımpaşa”, “Akhisar” və “Ərzururmspor”la görüşlərdə komandasına kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə