İspaniyalı futbolçu: "Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq"

İspaniyalı futbolçu: "Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq"

"İlk titul həmişə xüsusi olur. Mənim bununla bağlı yaxşı xatirələrim var". "Çelsi"nin rəsmi saytında yer alan məlumata görə, bu sözləri London klubunun müdafiəçisi Sezar Azplikueta Avropa Liqasının yarımfinal mərhələsinin "Ayntraxt"la oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. İspan futbolçu finala vəsiqə qazanacaqlarına inandığını bildirib: "Avroliqa Avropada ikinci dərəcəli turnirdir. Biz isə hər mövsüm istənilən titul uğrunda mübarizə aparırıq. Hazırda da Avropa Liqasında yarımfinal mərhələsindəyik. Bu, uzun yoldur və bir neçə güclü komanda son 4-lüyə düşə bilmir. Titul qazanmaq başlıca hədəfimizdir. Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq".

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə