Qətərli iş adamları PSJ-ni satmaq qərarına gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar bu addımı 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatından sonra atmaq istəyirlər.
Qətərlilər kluba böyük məbləğdə vəsait ayırmalarına rəğmən, onların daim tənqid edilməsindən və avrokuboklarda uğur qazana bilməmələrindən narazıdı. Onlar həmçinin 2011-ci ildən bəri 1 milyard avroya yaxın vergi ödəmələrindən məmnun deyillər.
Qeyd edək ki, "Qatar Sports Investments” 2011-c il mayın 31-də 50 milyon avro qarşılığında klubun səhmlərinin 70 faizini alıb. Bir il sonra isə bu şirkət Paris təmsilçinin yeganə sahibi olub. PSJ o vaxtdan 6 dəfə Fransa çempionu, 5 dəfə liqa, 4 dəfə isə ölkə kubokunun sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB