Riqada keçirilən gimnastika turnirində həmyerlimiz ikinci yeri tutub - FOTOLAR

Latviyanın paytaxtı Riqadakı “Elektrum” Olimpiya Mərkəzində 6-7 yaşlı uşaqlar arasında bədii gimnastika üzrə yaz müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, Riqa şəhərindəki orta məktəblərdən və bağçalardan, ümumilikdə, 34 uşaq müsabiqəyə qatılaraq fərdi və qrup hərəkətləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqənin nəticəsinə əsasən, 6 yaşlı azərbaycanlı Qəmər Usubova ikinci yerə layiq görülüb. Qaliblərə medal, diplom və digər hədiyyələr təqdim olunub. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə