Yurgen Klopp: "Belə anlarda Messini dayandırmaq mümkün deyil"

Yurgen Klopp: "Belə anlarda Messini dayandırmaq mümkün deyil"

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Liverpul" səfərdə "Barselona"ya uduzub - 0:3. SİA-nın məlumatına görə, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyundan sonra fikirlərini bildirib: "Futbol belə bir oyundur. Hər şey vurulan qollarla ələqəlidir. Üç qol vurdular və biz fərqlənə bilmədik. Rəqibin performansı əla idi. Bizim oyunçular da yaxşı idi. Komandamın oyunundan razı, nəticədən narazıyam. Qollarla bağlı danışmaq asandır. Ancaq bizim də yaxşı qol vəziyyətlərimiz oldu, "Barselona"ya bəzi epizodlarda problem yaşatdıq. Bilmirəm, bundan daha yaxşı oynaya bilərdikmi? Hesabda 0:3 geridəyik. Toparlanıb "Nyukasl" səfərinə hazırlaşacağıq. Nə desək də, nəticə dəyişməyəcək. Onlarla bir daha qarşılaşacağıq. Nələr olacaq, görəcəyik".

Alman mütəxəssis Messinin cərimə zərbəsindən vuruduğu qol barədə də təəssüratını bölüşüb: "Belə anlarda Messini dayandırmaq mümkün deyil. Zərbənin qarşısını ala bilmədik. Lionelin dünya səviyyəli futbolçu olduğunu bilirdim, yenidən gördüm və çox da təəccüblənmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə