Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?

Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizəd olan futbolçuların adlarını açıqlayıb. SİA-nın məlumatına görə, iddiaçılar sırasına "Barselona"nın hücumçuları Lionel Messi ilə Luis Suares, eləcə də Hollandiya "Ayaks"ının yarımmüdafiəçiləri Frenki de Yonq və Donni van de Bek düşüb.

Suares sabiq komandası İngiltərə "Liverpul"una 3:0 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolu vurub, Messi isə "dubl" edib. Onlara 3 qolu vurmaq üçün rəqib qapıya elə 3 zərbə endirmələri kifayət edib. Van de Bekin qolu "Ayaks"a İngiltərədə "Tottenhem" üzərində qələbə qazandırıb - 1:0. De Yonqun isə dəqiqliyi 92 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə