İker Kasilyas: "Böyük qorxu hissi keçirdim" - FOTO

İker Kasilyas: "Böyük qorxu hissi keçirdim" - FOTO

"Portu”nun ulduz qolkiperi İker Kasilyas ürək əməliyyatından sonra durumu haqda məlumat verib. SİA-nın məlumatına görə, o, "Twitter" hesabında belə yazıb: "Böyük qorxu hissi keçirdim. Amma narahatlıq geridə qaldı. İndi hər şey nəzarət altındadır. Xoş ismarıclara və sevgi dolu sözlərə görə hər kəsə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Kasilyas mayın 1-də məşqdə özünü pis hiss edib və "Portu”nun düşərgəsindən şəhərdəki hospitala aparılıb. Ürəyindən əməliyyat olunan ispanın səhhətindəki problem aradan qaldırılıb. 37 yaşlı əlcək sahibi karyerasını bu əməliyyat üzündən daha tez bitirə bilər. Onun "Portu” ilə olan müqaviləsinin müddəti 1 ildən sonra başa çatacaq.

Kasilyas Portuqaliya təmsilçisinə 2015-ci ilin yayında Madrid "Real”ından azad agent qismində keçib. Bu mövsüm "Portu” formasıyla 42 oyun keçirən İker 35 top buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə