Masallı karateçilərindən 2 qızıl və 4 bürünc

Masallı karateçilərindən 2 qızıl və 4 bürünc

Masallının yeniyetmə karateçiləri Bakıdakı Şağan Olimpiya İdman Kompleksində uşaqlar və yeniyetmələr arasında karatenin kyokshin növü üzrə keçirilən respublika turnirində uğurla çıxış ediblər. SİA xəbər verir ki, turnirdə Masallı idmançılarından Elmar Sadiqov 60 və Ramal Şərifov 45 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala sahib olublar.

Masallının digər idmançıları-Rahid Məhərrəmov və Kamil Bəbirov 45, Çingiz Məmmədl 25 və Əli Kiçibəyov 35 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutaraq bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə