Bu gün Avroliqada yarımfinal oyunları başlayacaq

Bu gün Avroliqada yarımfinal oyunları başlayacaq

Bu gün Futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Hər iki qarşılaşma eyni vaxtda start götürəcək. İngiltərə təmsilçilərindən "Arsenal" ev, "Çelsi" isə səfər oyununa çıxacaq.

Birincilər doğma azarkeşləri önündə "Valensiya"nı qəbul edəcək. Yarımfinala qədər irəliləməyi bacaran "yarasalar" Bakı finalına vəsiqə əldə etmək üçün ilk növbədə Londondan sərfəli nəticə ilə dönməlidi.

Digər qarşılaşmada isə turnirin sürpriz komandası "Ayntraxt" favorit "Çelsi"ni qonaq edəcək. "İnter"in ardından "Benfika"nı dramatik şəkildə üstələyən almanların budəfəki rəqibi daha güclüdü. Qarşısına turnirin qalibi olmağı hədəf qoyan "zadəganlar" cütün taleyini ilk matçdaca həll etməyə çalışacaq.

Avropa Liqası

Yarımfinal, ilk oyunlar

2 may

23:00. "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

London. "Emireyts" stadionu

23:00. "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Frankfurt. "Kommerzbank Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə