“Sumqayıt” tarixində ilk dəfə kubokun finalına çıxıb

“Sumqayıt” tarixində ilk dəfə kubokun finalına çıxıb

Bu gün “Zirə” İdman Kompleksinin stadionunda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib. “Zirə” “Sumqayıt” futbol klubunu qəbul edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə bitib. Oyun bərabərliklə yekunlaşsa da, “Sumqayıt” FK final oyununa adlayıb və ilk dəfə olaraq kubok finalına vəsiqə qazanıb.

Kubokun final oyunu mayın 19-da Naxçıvan şəhərində keçiriləcək. “Sumqayıt” futbol klubunun rəqibi “Qəbələ” olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə