“Tottenhem”in futbolçusu “Real”a keçir?

“Tottenhem”in futbolçusu “Real”a keçir?

“Real” “Tottenhem”in futbolçusu Kristian Erikseni heyətinə qatmağı planlaşdırır. “AS” nəşrinin yazdığına görə, “kral klubu” 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib. Danimarkalı oyunçu ilə "Bavariya" da maraqlanır. Futbolçunun 2020-ci ilədək London klubu ilə müqaviləsi var. Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"in formasını geyinən Kristian Eriksen bu mövsüm komandasının heyətində 33 oyuna çıxaraq 7 qol vurub və 12 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə