Con Oşi karyerasını başa vurub

Con Oşi karyerasını başa vurub

İrlandiya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Con Oşi karyerasını başa vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Ridinq" klubu 38 yaşlı müdafiəçinin butsılarını mıxdan asdığını bəyan edib.

Oşi peşəkar karyerasına 1999-cu ildə "Mançester Yunayted"də başlayıb. O, "Bornmut", "Sanderlend" və Belçikanın "Anverpen" klubunda da çıxış edib. Təcrübəli futbolçu ötən ildən "Ridinq"də oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə