Azərbaycanın cüdo üzrə yığma komandası Gürcüstan paytaxtında keçirilən Dünya Kubokunda çıxışını uğurlu başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev finala çıxmış, bu mərhələdə qazaxıstanlı Yerkebulan Kossayev ilə qarşılaşıb. SİA-nın xəbərinə görə, bu görüşdə "vadza-ari" fəndi hesabına qalib gəlmiş həmvətənimiz qızıl medal qazanmaqla bərabər, öz aktivinə yüz reytinq xalı yazıb.
Start görüşündə İ.Müşkiyev erməni rəqibi Qriqor İvanyana "ippon" fəndi ilə qalib gəlmiş, növbəti dövrədə isə latviyalı Andrey Magersi məğlub edib. İlqarın bu görüşü xalis qələbə ilə başa vurması üçün ona cəmi 17 saniyə lazım olub. Yarımfinalda onun rəqibi Parisdə keçirilmiş "Böyük dəbilqə" turnirinin qalibi David Assumbani olub. Həmvətənimiz tatami sahibinə qarşı görüşü çox inamla keçirmiş, iki "vadza-ari" qazanaraq, görüşü vaxtından əvvəl bitirib. Finalda onu qazaxıstanlı Yerkebulan Kossayev ilə görüş gözləyirdi. İlqar hakimlər tərəfindən "vadza-ari" ilə qiymətləndirilən fənd işlədərək bu rəqibini də məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB