FİDE reytinqində Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib

FİDE reytinqində Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib.

Hazırda 2781 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 80, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 35, 3-cü sıradakı çinli Dinq Lirendən 24, 4-cü mövqedəki hollandiyalı Aniş Giridən 6 xal geri qalır.

Teymur Rəcəbov da əvvəlki mövqeyində qalıb. 2759 xala malik Rəcəbov yenə 12-cidir. Əvəzində Arkadi Naydiç daha 16 pillə geriləyib. Hazırda o, 2682 xalla 58-cidir. Yenə 2654 xalı olan Qədir Hüseynov isə 97-ci yerdə qalıb.

Qadınlara gəldikdə, Günay Məmmədzadə 2436 xalla 40-cı pillədə qərarlaşıb. Yenidən "100-lüy"ə daxil olan Xanım Balacayeva isə 2373 xalla 92-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə