"Milan"ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

"Milan"ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

"Milan" klubunun sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda İtaliya C Seriyası təmsilçisi "Monza" klubunun prezidenti olan Berluskoni, böyrəklərində olan ağrılar səbəbi ilə San Rafaello xəstəxanasına aparılıb. 82 yaşlı iş adamının səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, 1986-2017-ci illər aralığında "Milan"a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə