“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Barselona” ilə keçiriləcək UEFA Çempionlar Liqasının ½ finalı ərəfəsində oyunla bağlı fikirlərini bildirib.
SİA-nın məlumatına görə, alman çalışdırıcı mətbuat konfransında deyib:
“Son 6 finalda məğlub olmuşam. Məğlubiyyətlər məni sındırmayıb. “Nou Kamp" çox böyük arenadır. Ancaq futbol məbədi deyil, adi stadiondur. Düzdür, bir çox komandalar bu stadionda əziyyət çəkdiklərinə görə bizə də asan olmayacaq. Ancaq yaxşı nəticə qazanmaq istəyirik”.
Yurgen Klopp “Barselona”nın ulduzu Messi haqqında da fikirlərini bildirib: “İndiyə kimi gördüyüm oyunçuların içində Messi bir nömrədir. Həmçinin, Ronaldo da var. Digərləri haqda danışmaq istəmirəm. Mən çoxlu yaxşı futbolçu görmüşəm və çalışdırmışam. Mənim atam həmişə deyirdi ki, Pele ən güclüdr. Amma mən onun oyununu izləməmişəm. Ona görə də ən güclü Messidir”.
Qeyd edək ki, mayın 1-də "Nou Kamp"da keçiriləcək "Barselona"-"Liverpul" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB