Ronaldo 11 milyon avroya “Bugatti” alır! (FOTOLAR)

Ronaldo 11 milyon avroya “Bugatti” alır! (FOTOLAR)

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo avtomobil kolleksiyasına yeni “Bugatti” əlavə edəcək. "Mundo Deportivo" nəşrinin yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun alacağı “La Voiture Noire” markasının modeli olan avtomobilin qiyməti 11 milyon avrodur. Bu isə dünyanın ən bahalı maşını sayılır.

Mart ayında Cenevrədə təqdimatı keçiriləm və mühərriki 1500 at gücündə olan avtomobil saatda 420 km sürətə malikdir. Cəmi bir ədəd istehsal olunan avtomobildən təkcə Ronaldoda olacaq. Ancaq hələlik şirkət bu avtomobilin 34 yaşlı oyunçunun almasını təsdiqləməyib. Avtomobilin 2021-ci ildə tam hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə