Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Ümid” avtomobil klubunun meydançasında gənclər arasında mühərrik həcmi 125 kubsantimetr olan motosikletlərdə motokross üzrə paytaxt birinciliyi keçirilib. BŞGİBİ-dən SİA-ya bildiriblər ki, yarışda 23 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışın yekun nəticələrinə əsasən, Valeriya Turin bütün rəqiblərini qabaqlayaraq birinci olub. Ruslan Turin yarışı ikinci, Aleksandr Qorişev isə üçüncü pillədə başa vurublar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB