Tyerri Anri "Anderlext"in baş məşqçisi olmaq istəyir

Tyerri Anri "Anderlext"in baş məşqçisi olmaq istəyir

Fransalı məşqçi Tyerri Anri Belçikanın "Anderlext" komandasının baş məşqçisi olmaq istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis Brüssel təmsilçisinə xidmətlərini təklif edib. Klub hazırda Anrinin komandaya baş məşqçi təyin olunması imkanını, çox güman ki, nəzərdən keçirmir.

Daha əvvəl Anrinin ABŞ-ın "Nyu-York Red Bulls" komandasına rəhbərlik edəcəyi yazılsa da, klub bu xəbəri təkzib edib.

Qeyd edək ki, Tyerri Anri ötən ilin oktyabrında Fransa "Monako"sunun baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə üç aydan sonra vəzifəsindən göndərilib. Sabiq hücumçu Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə