"Liverpul" Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp rəqib barədə danışıb.
Alman mütəxəssis "Barselona"nın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionu ilə bağlı danışarkən rəqib azarkeşləri qəzəbləndirəcək sözlər deyib: "Nou Kamp" sadəcə bir futbol stadionudur. Olduqca böyükdür, amma futbolun məbədi deyil. İndiyədək bu stadionda pis oynayan komandalar olub. Bu dəfə biz orda oynamağı təcrübədən keçirəcəyik. Ümid edirəm ki, bacaracağıq".
Qeyd edək ki, "Barselona" azarkeşləri "Nou Kamp"ı məbəd adlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB