"İnter" klubunda yeni müqavilə

İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, Milan təmsilçisi Andrea Ranokkiya ilə yeni müqavilə bağlayıb. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2011-ci ildən "İnter"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə