Türkiyə Superliqasında 30-cu tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə iki matç keçirilib. "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb və bərabərə qalıb - 0:0. Bununla da İstanbul klubu vacib iki xal itirib və lider olmaq imkanından istifadə edə bilməyib. Digər matçda "Kasımpaşa "Malatyaspor"a uduzub - 1:2.
30 turdan sonra turnir cədvəlində 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür. "Malatyaspor" 41 xalla 7-ci, "Konyaspor" və "Kasımpaşa" isə hərəyə 38 xalla 9-10-cü pillələri bölüşdürür.
"Konyaspor" - "Qalatasaray" 0:0
"Malatyaspor" - "Kasımpaşa" 2:1
Qollar: Buyuk, 42 (1:0), Yalçin, 69 (2:0), Koita, 84 (2:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB