Bolqarıstanın “Eurokom” xəbər portalı Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə geniş yer ayırıb. Portalda yerləşdirilən məqalədə bildirilib ki, Qran-Prinin qalibi olan “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas bu mövsüm ikinci dəfə finiş xəttinə birinci çatıb. Pilot cari mövsümdə ilk qələbəsini Avstraliya Qran-Prisində qazanıb. Azərbaycan Qran-Prisində qalibiyyət finlandiyalı pilotun karyerasında beşinci qələbəsi olub.
Diqqətə çatdırılıb ki, V.Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisində 51 dövrəni 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vuraraq qalib gəlib. O, pilotların yarışında 87 xalla birinci sıradadır. V.Bottasın komanda yoldaşı Luis Hamilton 86 xalla ikinci, “Ferrari”nin almaniyalı sürücüsü Sebastian Fettel isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB