"Barselona"nın qapıçısı Yasper Sillessen komandanı tərk etməyə hazırlaşır. Mark-Andre ter Şteqenlə rəqabət apara bilməyən hollandiyalı qolkiper "Sport"a açıqlamasında daha çox oynaya biləcəyi yerə getmək istədiyini bildirib: "Mövsüm başa çatan kimi istirahətə yollanacam. Daha sonra isə oynaya biləcəyim yeni bir klub tapacağıma ümid edirəm. Artıq oynamaq istəyirəm".
Qeyd edək ki, 2016-cı ildə "Ayaks"dan trasnfer edilən Sillessenin "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm cəmi 7 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB