“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb. PFL-in saytında yer alan məlumata görə, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.
1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar 775 matçda bu qədər qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.
Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB