“Krılya Sovetov” uduzdu

Rusiya Premyer Liqasının 26-cı turunun oyunları davam edir.

SİA-nın məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” komandası səfərdə “Zenit”in qonağı olub. Oyun 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib. Oyunun 78-ci dəiqəsində hücumçumuz ikinci sarı və ardından qırmızı vərəqə alaraq meydanı tərk edib. Bu zaman onun komandası artıq 2:3 hesabı ilə məğlub durumda idi. “Krılya Sovetov”un qollarından birinə assistenliyi məhz Şeydayev edib.

Turun digər oyunları aşağıdakı hesablarla nəticələnib:

“Anji” – “Rostov” 1:1

“Dinamo” – “Axmat” 0:0

“Ufa” – “Ural” 4:1

“Lokomotiv” – “Yenisey” 2:1

“Krasnodar” – “ÇSKA” 2:0

Tura sabah keçiriləcək “Orenburq”-“Arsenal” və “Spartak”-“Rubin” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə