Formula 1 SOCAR Azərbaycan Qran Prisində günün ən yaxşı pilotu açıqlanıb. SİA-nın məlumatına görə, bu ada İtaliya “Ferrari”sinin sürücüsü Şarl Lekler layiq görülüb.
Yarışa 8-ci sırada başlayan monakolu idmançı 5-ci yerdə finiş edib.
Qeyd edək ki, yarışın qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci, “Ferrari”nin sürücüsü Sebastyan Fettel isə 3-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB