2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisin qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas bütün rəqiblərini qabaqlayıb. Finlandiyalı sürücü 1 saat 44,757 dəqiqə ilə birinci olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci yeri tutub (1:44,789).
İtaliyanın “Ferrari” komandasının sürücüsü Sebastyan Fettel isə 3-ci sırada qərarlaşıb (1:48,165).
“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.
Bütün nəticələri nəzərinizə çatdırırıq:


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB