Rusiyalı gimnast Dünya Kubokunda birinci oldu

Rusiyalı gimnast Dünya Kubokunda birinci oldu
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda rusiyalı idmançı Dina Averina halqa ilə hərəkətlərin yekununda 22.000 balla birinci yeri tutub. SİA-nın məlumatına görə, ikinci sırada israilli gimnast Linoy Aşram (21.850), üçüncü yerdə isə ABŞ təmsilçisi Laura Zenq (20.350) qərarlaşıb. Azərbaycan gimnastı Zöhrə Ağamirova yarışı 16.850 balla 8-ci yerdə tamamlayıb. Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir. Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə