Futbol üzrə İspaniya Çempionatında “Barselona” öz meydanında “Hetafe”ni 1:0 hesabı ilə məğlub edərək son 11 mövsümdə 8-ci dəfə ölkə çempionu olub.
SİA-nın məlumatına görə, komandanın hcumçusu Lionel Messi La Liqanın 10-cu titulunu qazanıb və Kataloniya klubunun heyətində bu nailiyyəti əldə edən ilk futbolçu olub.
İspaniya çempionatları tarixində bu titulu Messidən çox yalnız bir nəfər - “Real Madrid”in keçmiş futbolçusu Fransisko Xento qazanıb. Onun aktivində bu titulların sayı 12-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB