Barselona ÇEMPİON!!!!!!!!

Futbol üzrə İspaniya çempionatının 35-ci turunda “Hetafe”ni 1:0 hesabı ilə məğlub edən “Barselona” 2018-2019-cu illər mövsümünün çempionu adını qazanıb.

SİA-nın məlumatına görə, bu Kataloniya klubunun son 11 mövsümdə 8-ci çempionluğudur. Bu müddət ərzində yalnız “Real Madrid” 2 dəfə (2011/2012 və 2016/2017-ci illər mövsümü) və “Atletiko” 1 dəfə (2013/2014 mövsümü) “Barselona”nı qabaqlayaraq İspaniya çempionluğu kubokunu almağa nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə