“Fənərbağça” öz meydanında xal itirdi

“Fənərbağça” öz meydanında xal itirdi

Futbol üzrə Türkiyə Superliqasının XXX turu çərçivəsində keçirilən görüşdə İstanbulun “Fənərbağça” klubu doğma meydanda “Trabzonspor” komandasını qəbul edib. “Şükrü Saracoğlu” stadionunda keçirilən oyun qarşılıqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 16-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusif Yazıcı açıb. İstanbul klubu isə 90-cı dəqiqədə Mateyu Valbuenanın vurduğu qolla hesabı bərabərləşdirib. Beləliklə, görüşdə qalib müəyyənləşməyib - 1:1.

Turun digər oyununda - “Antalyaspor”-“Ərzurumspor” qarşılaşmasında tərəflər hər biri bir qol vuraraq heç-heçə ediblər. “Rizəspor” və “Sivasspor” görüşündə isə qapılara qol vurulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə