İRNA agentliyi Bakıdakı Formula 1 Qran-Prisindən yazır

İRNA agentliyi Bakıdakı Formula 1 Qran-Prisindən yazır

İranın İRNA dövlət informasiya agentliyi Bakıda keçirilən Formula 1 Qran-Prisi haqqında məqalə yayıb. AZƏRTAC xəbər verir ki, məqalədə bu yarışın Bakıda 4-cü dəfə keçirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycanın böyük beynəlxalq idman yarışları keçirilmək təcrübəsi var. Bu yarışlar ölkəyə minlərlə turistin gəlməsinə səbəb olur. Azərbaycan bu il də Formula 1 yarışlarının keçirilməsi üçün yaxşı hazırlaşıb. İdmançılar yaradılan şəraitdən razıdırlar.

Yazıda yarış iştirakçıları haqqında da məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə