Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qaliblərinin mükafatlandırma mərasimi olub. SİA-nın məlumatına görə, yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.
Mükafatları qaliblərə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.
Qeyd edək ki, aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB