"Çelsi"nin futbolçusu Hadson-Odoi əməliyyat olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə London təmsilçisinin baş məşqçisi Mauritsio Sarri məlumat verib. O, əməliyyatın uğurlu keçdiyini bildirib. M.Sarri Odoinin təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağını söyləyib.
Qeyd edək ki, Odoi İngiltərə Premyer Liqasının 35-ci turunda "Börnli" ilə matçda (2:2) zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB