"Liverpul"un futbolçusu Məhəmməd Salah üçün İngiltərə Premyer Liqasının 36-cı turunda "Haddersfild"lə oyun (5:0) əlamətdar olub. SİA-nın məlumatına görə, misirli hücumçu klubun tarixində ilk 100 matçda ən çox qol vuran oyunçu olub. O, 100 oyunda 69 qol vurub. Bu isə rekord göstəricidir.
Bundan əvvəl Rodjer Hant və Sem Reybould ilk 100 görüşdə 68 dəfə fərqlənmişdi.
Qeyd edək ki, M.Salah "Haddersfild"lə matçda dubla imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB