"Liverpul"dan növbəti qələbə

İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

SİA-nın məlumatına görə, turun açılış oyununda “Liverpul” “Haddersfild”i qəbul edib. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. “Liverpul”un heyətində Məhəmməd Salah və Sadio Mane dubl ediblər. İlk qolu isə Nəbi Keita rəqib qapısından keçirib.

“Liverpul” xallarının sayını 91-ə çatdırmaqla bir günlük də olsa, turnir cədvəlinin ilk pilləsini ələ keçirib. “Haddersfild” isə 14 xalla sonuncudur və artıq bir neçə tur əvvəl onun premyer liqanı tərk edəcəyi dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə