UEFA PSJ-nin futbolçusu Neymarı üç oyunluq cəzalandırıb. Qurumun saytında yer alan məlumata görə, buna onun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra özünün "İnstaqram" səhifəsində hakimlər haqqında təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Beləliklə, braziliyalı oyunçu 2019/2020 mövsümündə ÇL-in qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarına sərt şəkildə etiraz etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB