Bakıda Formula 2 yarışlarının sərbəst yürüşləri başladı

2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Bakı Şəhər Halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşlərə start verilib. SİA-nın məlumatına görə, yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir. 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə Formula 2-nin sıralama turu başlayacaq.

Xatırladaq ki, ötən il aprelin 27-29-da Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Dams” komandasının pilotu Aleksander Albon, ikinci yarışında isə “ART Grand Prix” komandasının pilotu George Russel qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə