Antonio Konte yayda "Roma"ya keçir?

"Roma" mövsümün sonunda Antonio Konteni komandaya dəvət etməyi planlaşdırır. İtaliya mediyasının yazdığına görə, "Canavarlar" 49 yaşlı məşqçiyə illik 9,5 milyon avro maaş ödəməyə hazırdır. Klub rəsmilərinin italiyalı çalışdırıcı ilə görüşərək müzakirələr apardığı bildirilir. Qeyd edək ki, Antonio Konte ötən yay "Çelsi"dən ayrıldıqdan sonra işsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə