"Bavariya"nın futbolçusu Aryen Robben zədəsini sağaldıb. Klubun rəsmi "Tvitter" səhifəsində yer alan xəbərə görə, hollandiyalı yarımmüdafiəçi bu gün komanda ilə ümumi məşqlərə başlayıb. Qeyd edək ki, Robben sonuncu dəfə ötən il noyabrın 27-i Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Benfika" ilə oyunda iştirak edib və dubl edib. O, həmin vaxtdan indiyə kimi zədələr səbəbindən matçlarda iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...