F1 Azərbaycan Qran-Prisinin DRS zonalarında dəyişiklik olmayıb

F1 Azərbaycan Qran-Prisinin DRS zonalarında dəyişiklik olmayıb

2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi ərəfəsində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti Bakı trasında yerləşən DRS zonalarını elan edib. SİA-nın məlumatına görə, federasiya DRS zonalarının sayını artırmayıb və bu zonalar dəqiqliklə ötənilkini təkrarlayır. Birinci DRS zonasından əvvəl bolidlər arasındakı intervalın ölçü nöqtəsi təhlükəsizlik maşınının ikinci xətti ilə üst-üstə düşür. Sistem ikinci döngədən 52 metr sonra istifadə edilə bilər.

İkinci DRS zonasının ölçü nöqtəsi 20-ci döngənin sərt hissəsində yerləşir. Sistemi döngədən 347 metr sonra aktivləşdirmək mümkündür.

Ötən illə müqayisədə trasda əhəmiyyətli dəyişikliklər olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə