Millinin heyətində dəyişiklik edilib

Millinin heyətində dəyişiklik edilib

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, “Səbail”dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Həmçinin, millinin toplanışına yeni qapıçı cəlb olunub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə