Kayl Uoker: “”Mançester Yunayted” bizə asanlıqla təslim olmayacaq”

Kayl Uoker: “”Mançester Yunayted” bizə asanlıqla təslim olmayacaq”

““Mançester Yunayted”in fanatları İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə Liverpul arasında çempionluq uğrunda gedən mübarizədə “şəhərlilər”i dəstəkləyirlər”.

SİA-nın “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri “Mançester Siti”nin müdafiəçisi Kayl Uoker bildirib.

Məşhur futbolçu sözlərinə bu cür davam edib: ““Mançester Yunayted”in fanatları indi çətin durumdadırlar. Mən itimlə gəzməyə çıxanda onlar mənə yaxınlaşaraq “Liverpul”dan çox “Mançester Siti”nin çempionluğunu arzuladıqlarını bildirirlər. Amma bu, o demək deyil ki, “Mançester Yunayted” bizə asanlıqla təslim olacaq. Onlar bizə çox çətinlik yaradacaqlar. Cünki “Mançester Yunayted”in özü 4-cü yer uğrunda mübarizə aparır”.

Qeyd edək ki, “Mançester Yunayted” aprelin 24-də öz meydanında “Mançester Siti”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə