Kurtua yayda "Real"dan ayrılacaq?

Tibo Kurtua mövsümün sonunda "Real"dan ayrıla bilər. İspaniya mətbuatının yazdığından belə görünür ki, "kral klubu" yayda belçikalı qolkiperi satmaq istəyir. Madridlilər 26 yaşlı qapıçıdan daha inamlı çıxış gözləsə də, o, ümidləri doğrulda bilmir. Kurtuanın şəxsi həyatının tez-tez şou-biznesdə müzakirə olunması da rəhbərliyin xoşuna gəlmir. İddiaya görə, Zinəddin Zidan növbəti mövsümdən çərçivəni Keylor Navasa tapşırmağı düşünür.

Qeyd edək ki, Kurtua "Real"a mövsümün əvvəlində "Çelsi"dən keçib. İspanlar təcrübəli qapıçı üçün qarşı tərəfə 40 milyon avro ödəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə