"PSJ-nin əsl silahı Neymar yox, Mbappedir"

"PSJ-nin əsl silahı Neymar yox, Mbappedir"

Fransa millisinin sabiq üzvü Jan-Pyer Papen PSJ-nin hücumçuları Neymar və Kilian Mbappeni müqayisə edib. "Le Parisien" nəşrinin yazdığına görə, veteran futbolçu həmyerlisinin braziliyalıdan daha yaxşı olduğunu söyləyib. Papenin fikrincə, Paris klubunun əsas silahı məhz Mbappedir:

"PSJ-nin əsl silahı Neymar yox, Mbappedir. Əgər Neymar qalatikadırsa, Mbappe əsl ulduzdur. Son iki ildə braziliyalı hərdən nəsə yaxşı şeylər edib. Ancaq Kilian hər zaman sabit oynayır. O, hər cəhətdən inkişaf edir. Burada xüsusi nəsə danışmaq lazım deyil. Mbappe fərqli futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə