"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted"lə oyunu buraxacaq. "The Guardian" yazır ki, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola məlumat verib. O, ölkə çempionatının 35-ci "Tottenhem"lə matçda (1:0) zədələnən belçikalı yarımüdafiəçinin derbiyə kimi hazır olmayacağını bildirib. Qeyd edək ki, "Mançester Yunayted" - "Mançester Siti" görüşü bu gün keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB