PSJ İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Paris klubu "Kristal Palas"dan Vilfrid Zahaya elçi düşüb.
PSJ Kot-D`İvuar millisinin üzvü üçün İgiltərə klubuna rəsmi təkliflə müraciət etməyə hazırlaşır. Fransızlar qarşı tərəfə 85 milyon avro təklif edəcək.
Qeyd edək ki, karyerasına PSJ-də başlayan Zaha 2013-ü ildə 11,75 milyon avroya "Mançester Yunayted"ə transfer olunmuşdu. Lakin yeni klubunda möhkəmlənə bilməyən afrikalı futbolçu 2 il ərzində iki dəfə "Kristal Palas"a, bir dəfə "Kardiff Siti"yə icarəyə verilib. "Kristal Palas" 2015-ci ildə 3,83 milyon avro ödəyərək onun transfer hüququnu alıb. 26 yaşlı forvard cari mövsümdə oynadığı 33 matçda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB